Cümə axşamı , Aprel 25 2024
azfa

İsveç Azərbaycan Federasyonunun 31 Dekabr və yeni il ilə bağli təbrik müraciəti

GADTB: Sevimli Dünya Azərbaycanlıları,

Əziz AFİ ailəsi

Sizi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının birlik və dayanışma günü, habelə 2021-ci ilin münasibəti ilə təbrik edir, yeni ildən cansağlığı, ailə xoşbəxtliyi, barış və milli dayanışma arzu edirik.

Sevimli Xalqımız

2020-ci ilin sonlarına doğru canımız Qarabağın böyük bölümü Vətənə qayıtdı. Bu zəfər hər Azərbaycan söydaşı və vətəndaşı üçün sonsuz sevinc qaynağı oldu. 3000-ə yaxın milli şəhidimizin vətən torpağına düşməsi, minlərcə qazi olmuş əskərimizin qan bahasına 44-günlük savaşın ardından qazanılan böyük milli zəfər 55 milyonluq Azərbaycan Türk Millətinin və 100 milyonlarca Türk Dünyasının gələcəyə baxış bucağını yeni üfüqlərə daşıdı. Bir daha bu böyük bayramı millət və vətənə bağışlayan şəhid və qazilərimizin qarşısında baş əyirik.

2020-ci ildə Güney Azərbaycanın milli qurtuluşa gedən yolu öz yüksəlişini sürdürdü. Farsçı rejimin qorxulu kabusu olan (Güney) Azərbaycan Milli Hərəkatı həmin ildə Türk və kürəsəl mediada daha da geniş yer bularaq, Türk Dünyası və dünya ictimaiyətinin maraq dayrəsinə yol tapdı.

2019-cu ilin sonlarına doğru bəşəriyyətin üzərinə gələn Korona Virus bəlası bütün şiddətlə il boyunca can almağa dəvam etdi. Bir çox soydaşımızın bu xəstəlik üzündən öldü və ya ağır can və mal zərəri gördü. Ancaq son günlərdə geniş alanlı aşı (vaksen) uyğulaması yaşam ümidlərini yüksəltməyə başladı.

Dəyərli Soydaşlarımız

Sözsüz ki, bütün dünyada olduğu kimi İsveç Azərbaycan Federasyonu da 2020-ci ili çox sıxıntılı keçirdi. AFİ tərəfindən planlaşmış bir çox toplantı, toplu praqram, üz-üzə kurslar, yay və qış düşərgələri, uşaqlara özəl tədbirlər vb …ləğv olundu. Buna rəğmən AFİ-nin zoom üzrə keçirilən İH toplantıları, açıq tədbir və konfranları kəsintisiz sürmüş oldu.

Qarabağ zəfərilə yanaşı Türkiyə və Azərbaycana qarşı artan Erməni, PKK terrorçü Lobbilərinin aqresivliyi İsveç mərkəzli anti Türk mərkəzlərin yardımı ilə AFİ-ni də hədəf aldı. Belə ki, Avrupa demokratiyasının üz qarası olan bu terror qruplarının birgə çalışması ilə AFİ-nin üzərinə inanılmaz çamur atışı başladı və davam etməkdədir. Şübhəsiz ki, düşmən cəbhəsindən gələn hər hansı çamur atışı AFİ tərəfindən layiğincə cavab verilmiş və verilməkdədir.

Əziz soydaşlar

AFİ adından bir daha Sizi Qarabağ Zəfəri, 31 dekabr və yeni il ilə bağlı qutlayırıq. Qoy 2021-il Sizin üçün sağlıq, barış, qardaşlı və irəliləyiş ili olsun.

İsveç Azərbaycan Federasyonu (AFİ) Adından

Eldar Qaradağlı

İsveç

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın