Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İsveç İranın azərbaycanlı alimi edam etmək qərarını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveçin xarici işlər naziri Ann Linde İsveçin Avropa Birliyi ilə birlikdə azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünü pisləyib. Nazir onun azadlığa buraxılmasını tələb edb.

İranda həbsdə olan İsveç vətəndaşı güney azərbaycanlı alim Əhmədrza Cəlalinin tezliklə edam ediləcəyi xəbərindən sonra İsveçin xarici işlər naziri bu qərarı kəskin pisləyərək onun dərhal azadlığa buraxılmasını istəyib.

 “Bu gün Əhmədrza Cəlalinin edam ediləcəyi barədə narahatedici xəbər aldım”-deyə, xanım Linde özünün tvitter hesabında yazıb. O, məsələ ilə bağlı İran səfirliyi ilə davamlı əlaqə saxladığını və işin nəzarətə götürüldüyünü söyləyib.

Qeyd edək ki, mayın 4-də İran mediası “İsrailə” casusluq ittihamı ilə edama məhkum olunan və hazırda Evin həbsxanasında saxlanılan Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb. Güneyli alimin edamı barədə xəbər İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin İsveçdə mühakimə olunması və İsveç prokurorluğunun onun barəsində ömürlük həbs cəzası istəməsinə cavab kimi dəyərləndirilir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …