Bazar , Noyabr 29 2026
azfa

Kərbəla şiələri “Rədd ol Xamenei və Rədd ol İran” şüarı ilə İran konsulluğunu yandırdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terroru dəstəkləməklə İraqda sabitliyi pozması İraq şiələrinin ciddi etirazına səbəb olub.

Dünən və gecə boyu İraq şiələri Kərbəlada İrana və Xameneiyə qarşı şüarlar səsləndirməklə İranın Kərbəladakı konsulluğunu yandırdılar.

Artıq bununla bağlı İraqın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

İraq səfirinə bildirilib ki, İraq hökuməti beynəlxalq konvensiyaya uyğun olaraq İranın bu ölkədəki diplomatik nümayəndəliklərinin qorumalıdır.

Səfir rəsmi Tehranın etirazını öz hökumətinə çatdıracağını bildirib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …