GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ, İngiltərə, və Avstraliyadan sonra Kanada rəsmiləri də Pekin Qış Olimpiya Oyunlarında iştirak etməyəcəklərini açıqladılar..
Bu barədə Kanada Baş naziri Castin Trudo deyib.
O bildirib ki, gələn ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında Kanada rəsmiləri iştirak etməyəcək, ancaq idmançılar oyunlara qatılacaq:
“Çin hökuməti tərəfindən təkrarlanan insan haqları pozuntularından son dərəcə narahatıq. Diplomatik nümayəndələr göndərməyəcəyimizə təəccüblənməməlidirlər”.
Qeyd edək ki, Şərqi Türküstanı işğalda saxlayan Çin dövləti burada uyğur türklərini müxtəlif yollarla soyqırıma məruz qoyub bir millət kimi yox etmək istəyir.