Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanıyıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik LeBlan, ədliyyə naziri Arif Virani və xarici işlər naziri Melani Colinin də qatıldığı mətbuat konfransında Kanadanın İran SEPAH-ı terror təşkilatı kimi tanıdığını rəsmən elan edib.

“Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib”, – deyə Dominik LeBlan mətbuat konfransında bildirib.

Bu təşkilatın Kanadada vəsait toplamaq və ya əmlaka sahib olmaq qabiliyyətinə təsir edəcək eyni zamanda təşkilatda xidmət etmiş şəxslərin ölkəyə girişini məhdudlaşdıracaq.

Həmçinin yoxlayın

Molla rejimin həbsdə saxladığı azərbaycanlı mili fəalın vəziyyəti heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi və hazırda zindanda …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal tibb məntəqəsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin həbsanasında həbsdə saxladığı …