Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi daha 3 azərbaycanlı milli fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehran şəhərində həbs etdiyi daha 3 azərbaycanlı milli fəalın kimliyi məlum olub.

Rejimin məmurları may ayının ortalarında Məhəmməd Əbdi İskanlu, Hüseyn Bərmah və Ümid Şahini həbs ediblər.

Ümid Şahi bir neçə gün dindirildikdən sonra girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb, başqa iki məhbus isə iyunun 19-da Evin həbsxanasının 4-cü bölməsinə köçürülüblər.

Azərbaycanlı fəallara qarşı “hakimiyyət əleyhinə təbliğat” və “qanunsuz qruplara üzv olmaq” ittihamları irəli sürülüb.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …