Cümə axşamı , Oktyabr 15 2026
azfa

Aclıq aksiyası keçirən azərbaycanlı vəkil zindanın klinikasına yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 4 ay yarım əvvəl həbs edilən Azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi aclıq aksiyası nəticəsində sağlıq durumunun pisləşməsi üzündən Tehranın Evin zindanının klinikasına yerləşdirilib.

İnsan haqları müdafiəçilərinin məlumatına görə, ETTELAAT qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edən vəkil iyun ayının 13-dən aclıq aksiyasına başlayıb.

Buna görə həbsxana nəzarətçiləri Tahir Nəqəvini döyüb və təkadamlıq kameraya salıblar. Bundan sonra isə fəalın sağlıq durumu pisləşib.

Qeyd edək ki, hüquqşünasın yaxınlarının müraciətlərinə baxmayaraq, onun ittihamı və hazırkı durumu barədə açıqlama verilmir.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …