Çərşənbə , İyun 10 2026
azfa

Kimlik Qalamız, Anadilimiz; Muğanda Beynəlxalq Ana Dili Günü ilə bağlı türkcə kitablar paylandı

GADTB: Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dünən Beynəlxalq Ana Dili Gününü qeyd etmək üçün Azərbaycan türkcəsində çap edilmiş kitabları azərbaycanlı uşaqlara paylayıblar.

“Kimlik qalamız, ana dilimiz” şüarı altında keçirilən mədəni aksiya ilə azərbaycanlı fəallar rejimə irqçi siyasətinə görə öz etiraqzlarını bildiriblər.

Azərbaycan Milli Hərəkatının fəalları ana dilinin tədrisi və öyrənilməsinin zəruriliyini, faydalarını izah edərkən, şagirdlər arasında uşaq hekayələri və şeirlərindən ibarət yüzlərlə cild türkcə kitablar paylayıblar. Onlar ana dili təhsilinin zərurliyini valideynlərin diqqətinə çatdırmağa çalışıblar.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Həmçinin yoxlayın

Vaşinqton İrana qarşı dəniz mühasirəsini gücləndirir

GADTB: Fox News tərəfindən yayımlanan görüntülərə əsasən, ABŞ İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsini davam …

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …