Çərşənbə , Aprel 15 2026
azfa

Koronavirus təhlükəsinə görə rejimin həbs etdiyi Yunis Quluzadə məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Yunis Quluzadə zindanda koronavirus təhlükəsilə əlaqədar 30 günlük məzuniyyətə buraxılıb.

Qeyd edək ki, Yunis Quluzadə şərlənərək rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “Milli təhlükəsizliyi pozmaq” və “Sistem əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdir.

Fəal rejim Təbrizdəki Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbsə məhkum edilib.

Yunis Quluzadə 2019-ci il aprelin 24-də Təbrizdə rejimin ETTELAAT qüvvələri tərəfindən yaxalanmışdır. O bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Zindanlarda koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq irqçi fars rejim azərbaycanlı fəal Quluzadəni iyunun 1-də zindana salınmışdı.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …

Bir cavab yazın