GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel Rıfatdakı YPG-PKK terrorçuları Afrində xidmət aparan türk əsgərlərinə atəş açıb.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, terrorçuların atəşinə dərhal cavab verilib. Türk ordusunda hər hansı bir itki qeydə alınmayıb.