Kürd terrorçuları mülki vətəndaşları raket atəşinə tutur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən kürd terrorçularının raket atəşinə məruz qalıb. Terrorçuların mülki şəxslərin yaşadığı bölgəyə atdığı raket məscidə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2-si ağır olmaqla 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Terrorçulara qarşı əməliyyat keçirən Türkiyə isə müşahidə nöqtələri yaratmaq üçün Suriyanın İdlib və Hələb regionlarına bir qrup əsgər göndərib.

Türkiyə əsgərləri YPG-nin nəzarətində olan ərazilərdə kəşfiyyat məlumatları toplamaq üçün bölgəyə göndərilib.

Qeyd edək ki, Türkiyə daha öncə də Rusiyanın Hmeymim və Tartusdakı hərbi bazalarına hücumdan sonra İdlib və Hələbdə müşahidə nöqtələrinin yaradılması barədə çağırış etmişdi.

Həmçinin yoxlayın

Bakıda İran Mədəniyyət Mərkəzi bağlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Bakıdakı “Mədəniyyət Mərkəzi”nin fəaliyyəti dayandırılıb. Bununla bağlı …

Molla rejimi Urmiya gölünə ayrılan milyonlarla pulu yeyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aktyor Rza Kianian molla rejimin Urmiya gölünə ayrılan …

Bir cavab yazın