
GADTB: Dünyanın bir çox ölkəsində müxtəlif növ türk xalçalarını təqdim etmək üçün “Pers xalçası” adından istifadə olunur. Tənqidçilərin fikrincə, bu ad bəzi hallarda həmin mədəni irsin bir hissəsinin türk kimliyini və mənşəyini kölgədə qoyur.
Londonda mədəni və ictimai fəalların etirazı və tələbləri nəticəsində bir halda “Pers xalçası” adı “Ərdəbil xalçası” adı ilə əvəz edilib. Mədəniyyət nümunəsinin kimliyinin və mənşəyinin yenidən tanınması istiqamətində atılan bu addım müsbət qarşılanıb.
Bu hadisə tarixi və regional adların qorunmasının, Azərbaycan türk millətinin mədəni irsinin dəqiq şəkildə təqdim edilməsinin vacibliyini bir daha önə çıxarır. Bu tələb digər ölkələrdə də maarifləndirmə və mülki etirazlar yolu ilə gündəmə gətirilə bilər.
Mədəni irs öz həqiqi adı, kimliyi və mənşəyi ilə təqdim edilməlidir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi