Bazar , Noyabr 29 2026
azfa

Yohan Vadeful: Tehran nüvə silahına hazırlaşır; hərbi reaksiya zəruridir

GADTB: Almaniya hökuməti İran İslam Respublikası rejiminə qarşı hərbi reaksiyanı zəruri hesab edir. Almaniyanın xarici işlər naziri Yohan Vadeful İran hakimiyyətinin davranışını digər ölkələrin reaksiyası və özünümüdafiə tədbirləri üçün kifayət qədər əsas kimi qiymətləndirib.

Vadeful hazırkı münaqişənin səbəbkarı kimi İran İslam Respublikasını göstərib və Tehranın nüvə silahı əldə etməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, İran “zərərsiz və ya dostcasına davranmır” və regionda İraqın şiə silahlı qruplaşmaları, Hizbullah və HƏMAS kimi silahlı qrupları dəstəkləyir.

Bu açıqlamalar İran İslam Respublikasının nüvə və hərbi obyektlərinə 2025-ci ilin iyununda və 2026-cı ilin fevralından etibarən ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlardan sonra verilib.

Donald Tramp da son müsahibəsində İran İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatının taleyi ilə bağlı dolayı danışıqların aparıldığını bildirib. Həmin ehtiyatın təxminən 450 kiloqram olduğu ehtimal edilir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …