Çərşənbə axşamı , Yanvar 18 2022
azfa

Məhkəmənin qərarı olsa da Abbas Lisani tibbi məzuniyyətə hələ də buraxılmayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış siyasi məhbus Abbas Lisaninin yanvar ayının 7-də tibbi məzuniyyətə buraxılması ilə bağlı məhkəmənin qərar verməsi və vəsiqənin təmin edilməsinə baxmayaraq, hələ siyasi məhbus həbsdə saxlanılır.

Zindan məsulları bu barədə gələ ki, heç bir açıqlama verilməyiblər.

Qeyd edək ki, Abbas Lisaninin ailəsi yanvarın 7-də səhər saatlarında Ərdəbil Məhkəməsində olub və 800 milyon tümənlik girovu və Ərdəbil prokropru Seyid Abdullah Təbatəbayi tərəfindən verilən tibbi məzuniyyət barədə qərarı Ərdəbil zindanına təhvil veriblərlər.

Qeyd edək ki, bir müddət öncə rejimin Ərdəbildəki zindanında həbsdə saxlanılan zərbaycanlı siyasi məhbuslar koronavirusa yoluxduruldu. Onsuz da Qarabağ müharibəsi başlayandan görüş və telefon əlaqəsinə qadağa qoyulduğu Abbas Lisani də koronavirusa yoluxduruldu və onun vəziyyətinin ağır olduğu bildirilirdi.

30 sentyabr tarixində Lisani adına fəaliyyət göstərən “Telegram” və “İnstagram” səhifələrində bir video yayınlanmışdı. Videoda həbsindən bir neçə gün öncə A.Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.

Video çıxışında Abbas Lisani bildirirdi ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.

Həmin video müraciətdə Abbas Lisani deyirdi ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”

Həmin müraciətdən, eləcə də aksiyalara çağırışlardan bir müddət sonra Güney Azərbaycan şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq aksiyalar başlandı. Güney Azərbaycanda Azərbaycan Türk Milləti Nurduz keçid məntəqəsinin bağlanmasını tələb etmişdi.

Xatırladaq ki, azərbaycanlı milli fəal Abbas Lisani rejimin məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib və hazırda Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılır. İran Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz qərarı olduğu kimi qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik …

İranın erməni sevgisi; “Hayqaşen” şəhərciyi- Tehranın ermənilərə “xüsusi qayğısının” bariz nümunəsi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda erməni katoliklərinin Royan şəhərində yerləşən …