Şənbə , Noyabr 30 2024
azfa

Mərənddə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək məqsədilə böyük banner asıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyulun 5-də Mərənd şəhərində azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə dəstək məqsədilə şəhərdə böyük banner asılıb.

Mərənd şəhərində azərbaycanlı milli-mədəni fəalların asdığı bannerin üzərində “Əlirza Fərşinin həyatı təhlükədədir” və “Azərbaycanlı siyasi dustaqlar bizim qırmızı xəttimizdir” şüarları yazılıb.

Rejimin həbsdə saxladığı Əlirza Fərşi diabet xəstəliyinə tutulub. Azərbaycanlı siyasi məhbus zindanda müayinə və müalicə imkanlarından məhrum olduğu üçün durumu ağırlaşıb. Siyasi məhbusun görmə qabiliyyəti zəifləyib.

Ə.Fərşi həbs olunduğu zaman döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. 

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Türkiyə tərəfdarı qüvvələr Suriyada Bəşar Əsəd, Rusiya, İran qüvvələri və PKK terrorçularını yenərək şəhərləri azad edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə tərəfdarı qüvvələr Suriyada Bəşar Əsəd, Rusiya və …

Təbrizdə zavod işçiləri tətilə başlayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə zavod işçiləri tətilə başlayıblar. Təbrizdə “Səhənd …