Çərşənbə , Oktyabr 14 2026
azfa

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi xidmətlərdən və həbsxana şəraitində nəzərdə tutulan imkanlardan məhrum edilməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O, həbsxananın karantin bölməsinə köçürülüb.

Məhdi Purmurad 8 oktyabr 2026-cı il həbsxana rəhbərliyinə məktub göndərərək tibbi xidmətlərə lazımi çıxışının olmamasına etiraz edib və aclıq aksiyasına başlayıb. Məlumata görə, diş problemlərindən və yüksək qan təzyiqindən əziyyət çəkən məhbus iki günlük aclıq aksiyasından sonra karantin bölməsinə köçürülüb. Bundan sonra onun telefon danışıqları aparmasına və ailəsi ilə görüşməsinə də qadağa qoyulub.

Urmiya yaxınlığındakı Keçəbaş kəndindən olan Purmurad 2025-ci ilin aprel ayları həbs edilib və hazırda həbs cəzasının ikinci ilini çəkir.

Yayılan məlumata görə, o, məzuniyyət hüququndan da məhrum edilib. Məhkəmə prosesi zamanı isə özünün seçdiyi vəkillə təmin olunmayıb.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …