Çərşənbə , Noyabr 18 2026
azfa

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və Vaşinqtonun buna reaksiyası ilə bağlı suala cavabında deyib: “Husilər çox pis davranıblar”.

O əlavə edib: “Ərdoğandan husilərin cilovlanmasına kömək etməsini istəyə bilərəm. O, mənim çox yaxşı dostumdur və ona böyük hörmət bəsləyirəm. Düşünürəm ki, ondan nə istəsəm, yerinə yetirər”.

Vaşinqtonun İran İslam Respublikasına münasibətdə növbəti addımının nə olacağı ilə bağlı suala cavab verən Tramp bildirib: “İran məğlub olmuş ölkədir, iqtisadiyyatı yoxdur. İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik”.

Tramp, həmçinin deyib: “Hörmüz boğazına nəzarət bizim əlimizdədir və bu boğazdan böyük həcmdə neft keçir”.

Həmçinin yoxlayın

ABŞ hərbi rəsmisi Amerika qırıcılarının Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə hücum etdiyini təsdiqləyib

GADTB: 1405-ci il Aban ayının 26-da, çərşənbə axşamı günü Qeşm adasında partlayışların baş verməsi ilə …

İran İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkanlara malikdir

GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası …