Bazar ertəsi , İyul 20 2026
azfa

Makıda irqçilik simvolu olan Firdovsinin heykəlinin quraşdırılmasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Makı şəhərində türkə qarşı fars irqçiliyinin simvoluna çevrilmiş Firdovsinin heykəlinin quraşdırılmasına etiraz olaraq, həmin heykəl boya ilə qaralanıb və heykələ xəsarət yetirilib.

Makı sakini olan Azərbaycan türkləri beləliklə türkə qarşı irqçiliyin simvoluna çevrilmiş Firdovsinin heykəlinin bu şəhərdə quraşdırılmasına etiraz ediblər.

Qeyd edək ki, bundan öncə də Güney Azərbaycanın müxtəlif şəhərlərində irqçilik simvolu olan Firdovsinin heykəlinin quraşdırılmasına etirazlar olmuşdur. Xüsusilə Makıdan olan 2 nəfər azərbaycanlı KİV fəalı son zamanlar irqçiliyə qarşı tənqidlərinə görə terrorçu Sepah tərəfindən şərlənərək rejimin saxta məhkəmələrinə həbsə məhkum edilmiş və hazırda zindanda həbslərini çəkməkdədirlər.

Həmçinin yoxlayın

Gecə yarısı Təbrizdə güclü partlayışlar baş verib – Video

GADTB: Təbrizdə güclü partlayış səsləri eşidilib. İRİB-in Təbrizdən yaydığı məlumata görə, şəhərin qərb hissəsindən 3 …

İran ABŞ-ın Darxovin Atom Elektrik Stansiyasına hücum etdiyini açıqlayıb

GADTB: İran Atom Enerjisi Təşkilatı bazar günü yaydığı bəyanatda ABŞ ordusunun Xuzistan əyalətində yerləşən Darxovin …

Bir cavab yazın