Çərşənbə , Sentyabr 23 2026
azfa

Marin Traffic: Həftəsonu Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

GADTB: “MarineTraffic” şirkətinin yaydığı məlumata görə, həftəsonu Hörmüz boğazında dəniz nəqliyyatının hərəkəti nəzərəçarpacaq dərəcədə azalıb. Təsdiqlənmiş keçidlərin sayı cümə günü, avqustun 7-də 15 olduğu halda, şənbə günü 11-ə, bazar günü isə 6-ya düşüb.

Üç gün ərzində ümumilikdə 32 gəmi Hörmüz boğazından keçib. Onlardan 17-si İran İslam Respublikası tərəfindən müəyyən edilmiş marşrut üzrə hərəkət edib, 10 keçid isə “müəyyən edilməmiş” kimi təsnif olunub. “MarineTraffic” digər 5 keçidin marşrutu barədə məlumat verməyib.

Eyni dövrdə Babül-Məndəb boğazında təsdiqlənmiş 116 keçid qeydə alınıb ki, bu da Hörmüz boğazı ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək göstəricidir. Cümə, şənbə və bazar günləri burada müvafiq olaraq 43, 37 və 36 gəmi keçidi qeydə alınıb.

“MarineTraffic” həmçinin Avtomatik İdentifikasiya Sistemi (AIS) üzərindən müşahidə imkanları məhdud olan 12 gəmi keçidi qeydə alıb. Şirkət qeyd edib ki, bu hallar gəmilərin izlənilməsi imkanları ilə bağlı narahatlıq yaradır.

Şirkətin məlumatına görə, şənbə günü sanksiya altında olan gəmilərin 10 keçidi, bazar günü isə daha 8 belə keçid qeydə alınıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …