Şənbə , Noyabr 14 2026
azfa

“Meta” molla rejimə aid onlarla hesabı sildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Meta” şirkəti saxta hesablar yaratmaq, insanları çaşdırmaq üçün koordinasiyalı fəaliyyət göstərən və bu şirkətin qaydalarını pozan İrana bağlı onlarla hesabı silib. Bu barədə şirkətin bəyanatında bildirilib.

Məlumata görə, “Meta” 2024-cü ilin birinci rübündə 22 Feysbuk hesabı, 8 səhifə, 8 qrup və 23 İnstaqram hesabını müəyyən edib və silib.

Şirkətin verdiyi məlumata görə, İsrail vətəndaşlarını hədəf alan bu hesabların hamısı İrandan yönləndirilib.

Bu şəbəkənin fəalları əsasən İsrail ilə bağlı xəbərləri və aktual hadisələri ivrit dilində dərc ediblər.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …