Cümə axşamı , Oktyabr 1 2026
azfa

Milli-mədəni fəallar Eynalı dağına şüarlar yazmaqla Azərbaycanı parçalayanlara etiraz etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz şəhərində yerləşən Eynalı dağının gəzinti bölgəsində irqçi fars rejiminin Azərbaycanı parçalama cəhdinə qarşı şüarlar yazılıb.

Azərbaycanlı milli-mədəni fəallar divarlara “Bu torpaqdan pay olmaz – Sınandaş (Sənəndəc) Kürdistan olmaz”, “Tehran, Rəşt, Ənzəli – Azərbaycanın ayrılmaz torpağı”, “Sınandaş türkündür, türkün qalacaq”, və s. şüarlar yazıblar. Fəallar beləliklə irqçi fars rejiminin kürdləri və giləkləri öz iyrənc siyasətinin icraçısına çevirməsinə və Azərbaycanı parçalama planına etiraz ediblər.

Qeyd edək ki, irqçi fars rejimi Azərbaycan milli hərəkatını məhv etmək üçün kürdləri və giləkləri alət kimi istifadə edir. Bu xalqlar isə tarix boyu olduğu kimi yenə biganələrin əlində alət və nökərə çevrilir və keçmişdəki acı təcrübədən ibrət dərsi götürmürlər. Rejim bu xalqları alət edərək Azərbaycanı parçalama planını həyata keçirir.

 

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Yusif Sələhşur elektron qandalla məzuniyyətə buraxılıb

GADTB: Güney Azərbaycanlı milli fəal Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün …

Türk Dövlətləri Təşkilatın;n müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib

GADTB: “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv …

Bir cavab yazın