GADTB-nin Mətbuat Mərkəzinin “Javanonline” saytına istinadən yaydığı məlumata görə, Zəncan şəhərinin 6 km cənub-qəbində Roy Sənayesi Şəhərciyinin ətrafında milyonlar ton təhlükəli çirkləndirici və zərərli tullantılar bir-birinin üzərinə toplanılıb. Bu isə regionda ciddi ekoloji fəlakətə yol açmaqdadır.
Mənbənin məlumatına görə zərərli tullantıların həcmi 5 milyon tonu keçib. Tullantıların bu Azərbaycan vilayətinin torpağını və suyunu çirklənirəcəyi qeyd edilir. Ətraf Mühiti Mühafizə ekspertləri və Zəncan Universitetinin xəbərdarlıqlarına da məhəl qoyulmayıb. Bir il öncə bu tullantıların standart şəkildə basdırılmasına qərar verilsə də hələ də heç bir tədbir görülməyib.
Qeyd edək ki, İran rejimi Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Zəncanda yeraltı mədəniləri qeyri-standart üsullarla boşaldır. Nəticədə Azərbaycan ərazisi və suları çirklənir. Heç bir qazanc əldə etməyən əhali isə yalnız ekoloji fəlakətlə üzləşir.