Çərşənbə , Aprel 22 2026
azfa

Mingəçevir Alban yazısının deşifrə edilməsi məsələsi

GADTB: VI əsrin II yarısın keçdikdən sonra (551-595) kilsəsinin nüfuzu önəmli dərəcədə artır, onun başçısı isə “Albaniya, Lbina və Çola katalikosu” titulunu daşımağa başlayır. (Сумбатзаде A., 1990, s. 62).

Bundan sonra Alban kilsəsinin ictimai həyatın bütün sahələrinə, eləcə də ölkədə yaşayan digər soy və boylara nüfuz etməsi başladı. VI əsr Suriya müəllifi Zaxariya Ritor yazır ki, Arran ölkəsinin yepiskopu Kardost hunların və savirlərin (suvarların) yanına gəlib, onlar arasında xristianlığı yaymağa başladı. O onla-

rın yanında 7 il qaldı və özündən sonra onlara hun dilində “İncil” miras qoydu. (Гукасян B., 1968, s. 112-122; Пигулевская, 1941, s. 166).

Tədqiqatlar göstərir ki, Mingəçevir yazıları (Алиев Я., 2010; Heyerdal T., 1971, s. 42, 44; Əliyeva, 2009) məhz xristianlığı qəbul etmiş həmin hun və savirlərdən yadigar qalmışdır.

1948-1952 – ci illərdə, Mingəçevir su anbarının tikintisi zamanı həmin ərazidən üzərində yazılar olan bir neçə abidə tapıl-

mış və həmin dövrdən də onlar elmi ədəbiyyata “alban yazıları” kimi düşmüşdür. Bu yaxın zamanlara qədər oxuna bilinməyən Mingəçevir yazılarının, nəhayət ki, heç də iddia edildiyi kimi, “52 və ya 56 hərfli udin (alban) yazısı” deyil, türk runları ilə qələmə alınmış türk mətnləri olduğu üzə çıxmışdır. Bəzi müəlliflərə görə, lV-V, digərlərinə görə isə, V-Vlll əsrlərə aid olan həmin abidələrdən birini tanınmış türkoloq alim Y. Əliyev oxumağa müvəffəq olmuşdur.

Alim yazır ki, K. Trever tərəfindən təqdim edilən daş lövhənin fotosundan 17 və 18-ci qrafemlər arasında çatlaqın olduğu

açıq-aydın sezilir ki, bu da həmin yerin və təbii ki, 16 və 17 qrafemləri də ehtiva edən sözün oxunuşunu çətinləşdirir. Mətndəki qrafik işarələr Avropa, Volqa-Don, Quzey Qafqaz və Orta Asiya

(Orxon-Yenisey) qədim türk runik abidələrinin qrafemlərinə uyğun gəlir.

Y. Əliyev mətndə qeyd edilməyən sait səsləri də bərpa etməklə, mətni belə oxuyur:

Ullu ərin bətizin oytular ss…, ol eçe eş It Bars ırak.

Tərcüməsi:

Ulu ərin (qəbirüstü abidəsinin) yazısını oydular. İndi böyük eşimiz (yoldaşımız) It Bars artıq (bizdən) uzaqdadır (o biri dünyadadır) (Алиев Я., 2010).

Alim başqa bir Mingəçevir abidəsini də oxumağı bacarmış Sözügedən mətndə 16 qrafemin olduğunu, daşdakı çatlar

səbəbindən 2, 4, 6 və 8-ci işarələrin aydın oxunmadığını qeyd edən alim Mingəçevir yazılarının oxunuşuna həsr etdiyi “Qafqaz Albaniyasının (Azərbaycanın) epiqrafik abidələrinin oxunuşuna dair (Mingəçevir abidələri)” adlı çox sanballı məqaləsində ondan öncə V. Qukasyan, A. Abramyan və Q. Klimovun həmin yazını udin və erməni dillərində oxumaq istiqamətindəki uğursuz cəhdlərin söhbət açdıqdan sonra mətnin dəqiqliklə bərpa edilmiş qrafik təsvirini təqdim edir və yazır:

“…Burada təqdim olunan 15 qrafemdən yalnız birinə türk-run mətnlərində rast gəlinmir. Digər işarələrsə… müxtəlif areallara aid türk-run yazılarında iştirak edir:

1 və 2 – Yenisey yazılarında “y” samit səsini ifadə edir.

3 – Yenisey mətnlərində “r” səsini verir.

4 – “K” səsini bildirən bu işarəyə Yenisey, eləcə də bir qədər seyrək şəkildə Orxon yazılarında rast gəlinir.

5 – Azərbaycan arealına xas spesifik işarədir. “K” səsini ifadə etdiyini düşünürük.

6 – Azacıq fərqlə Orxon-Yenisey yazılarında “y” səsini bildirən qrafemlə eynidir.

7 – “B” səsin göstərən bu işarəyə Yenisey, Quzey Qafqaz və Volqa-Don arealı mətnlərində rast gəlinməkdədir”.

8-ci qrafemin “r” (Orxon-Yenisey),

9-cunun “t” (Orxon-Yenisey), 10-cunun “s” (bütün areallar) səslərini ifadə etdiklərini diqətə çatdıran müəllif sonrakı işarələrin də müvafiq olaraq “b” (Yenisey yazılarında sonor “m”), “ı”// “i” (Yenisey), “l” (bənzər formalı işarə Yenisey yazılarında “ç” səsini verir), “ı” // “i” (Ye-

nisey), “k” *Volqa-Don arealında “ş”) və “n” (Yenisey, Avropa) səslərini verdiyini bildirir.

Şahlar Hacıyev,

Bəxtiyar Tuncay.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …