Bazar , Fevral 25 2024
azfa

Molla rejimi əhalisinin yarısından çoxu türk olan Tehranda türk adlarına qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi əhalisinin yarısından çoxu türk olan və tarixi türk bölgəsi Tehranda iş yerləri, o cümlədən şirkətlər, mağazalar, restoranlar və başqa ictimai yerlərə türk adlarının qoyulması qadağa qoyub.

Tehranda rejimin polisinin ictimai yerlərə nəzarət bölməsinin rəisi polkovnik Nadir Mradi bununla bağlı deyib ki, bundan əvvəl verilən sərəncama görə, paytaxtda türk adlarından istifadə qadağan edilib və buna riayət edilməlidir.

Muradi, türk adlarından türklər yaşayan əyalətlərdə istifadə edilməsinin mümkün olduğunu deyib. Qeyd edək ki, Nadir Muradinin iddiasının əksinə olaraq, molla rejimi Azərbaycan əyalətlərində də, türk adlarından istifadəyə məhdudiyyətlər tətbiq edir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …