Azərbaycanlı siyasi məhbus Əkbər Nəimi azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əkbər Nəimi fevralın 12-də Tehranın Evin zindanından azadlığa çıxıb.

Əkbər Nəimi saxta ittihamlarla şərlənərəkhəbs edilib və 19 ay həbsdə saxlanılıb.

Qeyd edək ki, Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində yaxalanaraq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin zindanından zaminə buraxılmışdı.

Əkbər Nəimi şərlənərək, “Qanunsuz qrupa üzv olmaq”, “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “Rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

İrqçi fars rejim Əkbər Nəimini sadəcə Azərbaycan uğrunda mədəni fəaliyyətlərinə görə 9 il 8 ay həbs cəzasına məhkum etmişdi. Qərar rejimin Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın Evin zindanında həbs cəzasını çəkməkdə idi.

Əkbər Nəimi həmçinin 2 il müddətinə xaric çıxması, eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına da qadağa qoyulmuşdu.

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə rejimin məmurları tərəfindən həbs edilərək Tehranın Evin zindanına köçürülmüşdü.

İranın Ali Məhkəmənin 9-cu bölməsi Seyid Məhəmmədrza Fəqihi və Zəhra Minuinin müdafiə etdiyi Əkbər Nəiminin məhkəmə işinə baxılmışdır.

Məhkəmə azərbaycanlı fəala qarşı “Qanunsuz təşkilata üzv olmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamları ilə çıxarılan qərarı ləğv etmişdir.

Ali məhkəmə azərbaycanlı fəal barədə qeyd olunan ittihamlarla açılan cinayət işinə yenidən baxılması üçün onun dosyesini Tehranın Apellyasiya Məhkəməsinə göndərmişdi. Lakin burada da azərbaycanlı fəalın həbs cəzası olduğu kimi saxlanılmışdı.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …