
GADTB: İraqda İranın dəstəklədiyi qruplar, o cümlədən ABŞ-ın təhdidləri fonunda silahlarını yerə qoymağa hazırdır.
Reutersin məlumatına görə, İraqda İranın dəstəklədiyi bir neçə güclü silahlı qrupları ilk dəfə olaraq Tramp administrasiyası ilə münaqişənin şiddətlənməsi riskindən qaçmaq üçün tərksilah etməyə hazır olduqlarını bəyan ediblər.
Bununla bağlı məlumat verən İraqın 10 yüksək rütbəli komandiri deyib ki, bu addım Trampın yanvar ayında vəzifəyə başlamasından bəri ABŞ rəsmilərinin İraq hökumətinə təkrar xəbərdarlıqlarından sonra atılıb.
İraqlı komandirlər ABŞ rəsmilərinin ölkədə fəaliyyət göstərən silahlı qruplaşmaların məhv edilməsi üçün tədbir görülməsə, Vaşinqtonun onları hava hücumları ilə hədəfə alacağı barədə Bağdada xəbərdarlıq edildiyini vurğulayıblar.