Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Əbdüləziz Əzimi Qədim aclıq aksiyasının 38-ci günündə xəstəxanaya köçürüldü

GADTB: Evin zindanında həbsdə olan Güney Azərbaycandan olan fəal “Əbdüləziz Əzimi Qədim” şiddətli halsızlıq və fiziki vəziyyətinə görə 37 günlük aclıq aksiyasından sonra çərşənbə günü səhər saatlarında xəstəxanaya köçürülüb.

Azərbaycanlı fəalın ailəsinə yaxın olan məlumatlı mənbə bu xəbəri təsdiqləyərək dedi: “Cənab Əzimi Qədimin hansı xəstəxanaya aparıldığı və bu fəalın fiziki vəziyyətinin necə olduğu bəlli deyil”. Bu isə ailənin və qohumların narahatlığına səbəb olub.

Mənbə əlavə edib ki, cənab Əzimi Qədim aclıq aksiyasından sonra təxminən 20 kilo arıqlayıb və təzyiqi aşağı olduğu üçün dəfələrlə həbsxananın klinikasına köçürülüb və dərman qəbul etməkdən imtina edib.

Eyni zamanda azərbaycanlı fəal Ayaz seyfxah da zindanda aclıq aksiyası keçirir.

Qeyd edək ki, fevralın 5-i və 7-i, 2024-cü ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav (Meşginşəhr), Urmu, İslamşəhr və Astarada 30-a yaxın türk fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.

Həmin azərbaycanlı fəallar “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmək”, “İslam Respublikasına qarşı təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar. Onlar Tehran İslam İnqilabı Məhkəməsinin hakimi Əbülqasim Sələvatinin qərarı ilə ağır həbs cəzaları alıblar.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …