Bazar , Noyabr 29 2026
azfa

Times: “İran ABŞ ilə görüş ərəfəsində İraqda proksi qüvvələrinə raket göndərib”

GADTB: “The Times” qəzeti yazıb ki, İran ABŞ ilə danışıqlara hazırlaşarkən İraqdakı proksi qüvvələrinə uzaqmənzilli raketlər göndərib.

Bildirilib ki, Tehran İsrailin HƏMAS və Hizbullaha qarşı hücumlarından sonra ciddi şəkildə zəifləmiş bölgədəki hərbi mövcudluğunu İraqdakı silahlılara silah göndərməklə gücləndirməyə çalışır.

“Silahlı qruplar əslində tərksilah etməyə razılıq verməyiblər. Son 48 saat ərzində tərksilah nümayiş etdirmək üçün edilən səylər saxtadır. İrana məxsus uzaqmənzilli yer-yer tipli raketlər silahlılara təhvil verilib. Silahların ötürülməsi SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən təşkil edilib. Digər iki növ raket “Qüds-351” və “Camal-69” ballistik raketləri də ötən həftə İraqa qaçaqmalçılıq yolu ilə aparılıb”. / Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …