Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi Salmasda azərbaycanda milli fəalları ETTELAAT-a çağırıb

GADTB: Salmas şəhərində azərbaycanlı milli fəallardan dörd nəfəri siyasi məhbusların ailələrinə baş çəkdiklərinə görə molla rejimin ETTLAAT İdarəsinə çağırılaraq təhdid ediliblər.

Digər bir milli fəal isə hökumət qüvvələri tərəfindən öz iş yerində həbs edilib.

Yerli mənbələrin məlumatına görə, Azərbaycan Milli Hərəkatının Salmas şəhərindəki fəalları Qulam Hüdudi, Murtıza Əhmədi, Nasir Aslani və Əli Mirzəli rejimin kəşfiyyat idarəsinə çağırılaraq azərbaycanlı siyasi məhbusların ailələrinə dəstək və onlarla görüşdükləri üçün dindirilib və hədələniblər.

Bununla əlaqədar olaraq molla rejimin ETTELAAT məmurları digər azərbaycanlı fəal Həmid Abbasinin iş yerinə basqın edərək, onun iş yerində və evində hərtərəfli axtarış apararkən onu həbs edərək, bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu, noutbuku və şəxsi sənədlərini müsadirə ediblər.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …