Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi Ana Dili Günündə türkcə kitabların paylanmasına görə azərbaycanlı fəalın mağazasını bağlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ana Dili Günündə türkcə kitabların paylanmasına görə azərbaycanlı fəalın mağazasını bağlayıb.

Molla rejimin məmurları Mustafa Əbdülinin mağazasını möhürləyib və fəaliyyətinə qadağa qoyublar.

Milli fəalların 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə türk dilində kitablar payladıqlarına görə cəzalandırıldıqları bildirilib

Fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən həbs edilən milli fəallar müctəba və Mustafa Əbdüli 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Məlumata görə, fevralın 22-də təhlükəsizlik məmurları tərəfindən fərqli yerlərdə saxlanılan fəallar Təbriz həbsxanasına köçürülüb, orada qeydiyyatdann keçirildikdən sonra İran Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (ETTELAAT) təcridxanasına köçürülüblər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …