Çərşənbə , Oktyabr 14 2026
azfa

Təbriz Universitetinin müəllimləri ana dili ilə bağlı Pezeşkiana müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin qeyri-fars dillərin tədrisi ilə bağlı qanun layihəsini qəbul etməməsindən sonra Təbriz Universitetinin müəllimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər.

Müraciəti imzalayan 192 nəfər İran prezidentindən ana dillərin tədrisini nəzərdə tutan Konstitusiyanın 15-ci maddəsinin icra edilməsini tələb ediblər.

Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsvermədən keçməmişdi.

Səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …