Çərşənbə axşamı , May 19 2026
azfa

Molla rejimi azərbaycanlı sənətçi Ramin Behzada həbs və şallaq cəzası verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yerləşən Cinayət Məhkəməsinin 112-ci şöbəsi Təbrizdə yaşayan azərbaycanlı gənc sənətçi və milli fəal Ramin Behzad delabrın 16-da mühakimə edib.

Rejimin məhkəməsi azərbaycanlı sənətçini 1 il həbs və 60 şallaq zərbəsi cəzasına məhkum edib.

Molla rejimi azərbaycanlı fəal və sənətçini 24 sentyabrda Təbruz Hava Qüvvələri kazarmasında hərbi xidmətdə olarkən həbs edib və ona qarşı “İctimai asayişi pozmaq” ittihamı irəli sürüb.

Qeyd edək ki, Ramin Behzad bundan əvvəl də milli-mədəni fəaliyyətlərinə görə rejim tərəfindən həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …