Cümə , Dekabr 27 2024
azfa

Molla rejimi Azərbaycan türkcəsində məşhur kanalı ələ keçirdi

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, irqçi fars-molla rejimi Azərbaycan türkcəsi və ədəbiyyatı barədə paylaşımlar edən və əsasən Azərbaycan türkcəsində uşaq ədəbiyyatının təbliği ilə məşğul olan “Kəpənəklər” sosial media kanalı hakimiyyət tərəfindən ələ keçirilib.

13 mindən çox üzvü olan “Kəpənəklər” kanalında Azərbaycan türkcəsində paylaşılan və mövcud olan materiallar silinərək səhifədə “Biz hamımız iranlıyıq” yazılıb.

Eyni adda fəaliyyət göstərən və yalnız uşaqlara Azərbaycan türkcəsi və mədəniyyətinin öyrədilməsi ilə məşğul olan “Kəpənəklər” qrupunun da fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, kanal və qurum qanuni şəkildə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin yerli bölməsinin icazəsi ilə fəaliyyət göstərirdi.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …