
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Əndirgan qızıl mədənini vəhşicəsinə qarət etməkdə davam edir.
Son günlərdə rejimin Əndirgan qızıl mədəni sürətli talamaq məqsədilə dağlarda süni partlayışlar ediblər. Güclü partlayışlar ətraf mühitə ziyan vurmaqla bərabər yerli əhalinin narahatlığına səbəb olub. Partlayışların səsi onlarla kilometr məsafədən eşidilib.
Bildirilir ki, süni partlayışlar son həftə mədəndə tapılan xalis və yüksək əyarlı qızıl ehtiyatlarının istehsalını sürətləndirməklə bağlıdır.
Qeyd edək ki, molla rejimi vəhşicəsinə Azərbaycanın sərvətlərini talayıb fars bölgələrinə daşımaqla Azərbaycana ancaq həmin mədənlərdinə törətdikləri ekoloji fəlakəti miras qoyurlar. Əndirgan mədəninin ətrafında da son zamanlar ekoloji fəlakət baş verib və çox sayda mal-qara tələf olub.