GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Abdullah Ənsarini Təbrizdə İnqilab Məhkəməsinə çağırıb.
Azərbaycanlı fəal “Səna” Ədliyyə İdarəsindən bununla bağlı elektron bildiriş alıb. Bildirişə əsasən, Abdullah Ənsari dekabrım 29-da Təbrizdə rejimin İnqilab Məhkəməsinin birinci şöbəsinə getməsi tələb olunub.
Azərbaycanlı fəala rejimin Təbrizdəki İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və sövdələşmə” və “İslam Respublikası hakimiyyətinə qarşı təbliğat aparmaq” ittiham irəli sürülüb.