Cümə axşamı , Aprel 10 2025
azfa

Molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı Evin zindanına köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Salar Tahir Əfşarı 5 illik həbs cəzasını çəkmək üçün Evin zindanına köçürüb.

Güney Azərbaycan fəalı Salar Tahir Əfşar Tehran İnqilab Məhkəməsinin hakim Salavatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli fəal “milli təhlükəsizliyə qarşı fəaliyyət”də, “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Tahir Əfşar, fevralın 18-də özünün iş yerində saxlanılaraq SEPAH-ın kəşfiyyat bölməsinin Təbrizdəki təcridxanasına köçürülümüş və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, bundan əvvəl də dinc fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

Qərbi Azərbaycan icmasının “Qaçqınlıq və Qadınlar” mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin …

Molla rejimi azərbaycanlı fəal Kərim İsmayılzadənin həbs müddətini uzadıb

GADTB: irqçi fars-molla rejimi azərbaycanlı fəal Kərim İsmayılzadənin həbs müddətini uzadıb. Azərbaycanlı fəalın ailəsi aprelin …