Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal İrəc Paşapuru bu gün bildirişlə Germi şəhərində İnqilab Prokurorluğuna çağırıb.

Rejim tərəfindən şərlənən fəal “dövlət quruluşuna qarşı təbliğat aparmaq”da günahlandırılıb. Rejimi bildirişlə azərbaycanlı milli fəaldan avqustun 24-dək prokurorluqda olmağı tələb edib.

Azərbaycanlı fəal ona göndərilən bildirişin üzərinə yazıb: “Canım qurban millətimə, Vətən sağ olsun!”

Qeyd edək ki, azərbaycanlı fəal İrəc Paşapur iyunun 20-də prokurorluq tərəfindən saxta ittihamlarla saxlanılmış və bir neçə gün həbsdə qaldıqdan sonra 500 milyon tümən girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …