Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Zəncan, Təbriz və Urmiya şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri etiraz aksiyası keçiriblər.

Təqaüdçülər təqaüdlərinin artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etiraz ediblər.

Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər.

Qeyd edək ki, son illər Güney Azərbaycan və İran şəhərinin əksərində təqaüdçülər məişət vəziyyətlərinin yaxşı olmamasına etiraz olaraq dəfələrlə aksiya keçiiblər.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …