Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Hamid Yeqanəpuru həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları noyabrın 7-də Marağadan olan azərbaycanlı milli fəal Hamid Yeqanəpuru Təbrizdə həbs ediblər.

Fəalın yaxınlarının məlumatına görə, ürək çatışmazlığından əziyyət çəkən fəal Təbrizə həkim müayinəsindən keçmək üçün getdiyi vaxt yaxalanıb.

Noyabrın 8-i səhər saatlarında ETTELAAT İdarəsindən zəng edərək Yeqanəpurun həbs edildiyini bildiriblər.

Azərbaycanlı fəalın ittihamı və həbs səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, Hamid Yeqanəpur bir müddət əvvəl ağır yol qəzası keçirib və sağlığı tam bərpa olmunmayıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …