GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Təbrizdə yaşayan azərbaycanlı milli fəal Hüseyn Xudayini yaxalayıblar.
Azərbaycanlı fəal və həkim Hüseyn Xudayi dekabrın 7-i axşam saatlarında İran ETTELAAT məmurları tərəfindən iş yerində həbs edilib.
Rejimin məmurları həmçinin fəalın şəxsi evinə də basqın ediblər.
Hələlik azərbaycanlı milli fəalın harada saxlanılması və həbsinin səbəbləri barədə heç bir məlumat yoxdur.