Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəal Yusif Karini Ərdəbildə həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin ETTELAAT məmurları azərbaycanlı milli fəal Yusif Karini yaxalayıb.

Yusfi Kari oktyabrın 5-i axşam saatlarında özünün iş yerində həbs edilib.

Azərbaycanlı fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə məumat verilməyib.

Rejimin ETTELAAT məmurları bundan öncə oktyabrın 1-də də Yusif Karinin ata evinə hücum edib və fəal evdə olmadığı üçün onu həbs edə bilməmişdilər.

Qeyd edək ki, azərbaycanlı milli fəal Yusif Kari dinc milli-mədəni fəaliyyətlərinə görə bundan öncə də yaxalanıb və iki illik həbs cəzası çəkdikdən sonra iyunun 28-də Ərdəbil zindanından azadlığa buraxılıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …