Şənbə , Mart 15 2025
azfa

Molla rejimi azərbaycanlı milli fəallar dindirilmək üçün prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəallar Rza Səlimi Qolu, Səməd Heydəri Dəstcerdi və Əmin Tağızadə Yüzbaşlunu Ədliyyə-Məhkəmə Sisteminin elektron sistemi vasitəsilə bildirişlə prokurorluğa çağırıb.

Onların iddia olunan ittihamlara qarşı son müdafiəni təqdim etmək üçün 5 gün müddətinə Təbriz şəhərindəki rejimin Baş və İnqilab Prokurorluğunun 10-cu İstintaq Şöbəsində izahat vermələri qərara alınıb.

Göndərilən bildirişdə azərbaycanlı milli fəallar “İslam Respublikası əleyhinə təbliğat, hökumət əleyhinə şüarlarla dolu plakatlar asmaq, daxili təhlükəsizliyə qarşı hərəkətlər və şəhər ərazisində digər dövlətin bayrağını asmaq” maddələri ilə ittiham olunurlar.

Həmçinin yoxlayın

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını …

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin …