Bazar ertəsi , Yanvar 6 2025
azfa

Molla rejimi azərbaycanlı xanım fəalı ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz şəhərində azərbaycanlı milli fəallara qarşı basqıları artırıb.

Molla rejimin ETTELAAT orqanları ciddi şəkildə azərbaycanlı fəalların adi dolanışıqlarını belə izləyib, onlara təzyiq göstərir.

Bu istiqamtdə  azərbaycanlı fəal Sima Əlipur dünən telefon zəngi ilə SEPAH-ın kəşfiyyat idarəsinə çağırılıb.

Azərbaycanlı xanım fəal həmin idarəyə getməkdən imtina edib və bunu qanunsuz adlandırıb.

Qeyd edək ki, azərbaycanlı xanım fəal ötən illərdə dəfələrlə həbs, təhdid və təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …