Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat yayıb ki, İran İslam Respublikası yeraltı obyektlərdə və əvvəldən ehtiyatda saxlanılan hissələrdən istifadə etməklə ballistik raketlərin istehsalını bərpa edib.

Qəzet yazıb ki, müharibənin ilk mərhələsində İran İslam Respublikasının raket bazalarına və sənaye obyektlərinə endirilən ağır zərbələrə baxmayaraq, maye yanacaqla işləyən ballistik raketlərin yığılması yenidən başlanıb.

Məlumata görə, bu raketlər buraxılışdan yalnız qısa müddət əvvəl yanacaqla doldurulmalıdır. Hazırda raketlərin müharibədən əvvəlki dövrlə müqayisədə daha məhdud sayda yığıldığı bildirilir.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …