Şənbə , Oktyabr 24 2026
azfa

Güney Azərbaycanın Traxtur klubu ilk məğlubiyyətinə baxmayaraq liderliyini qoruyub

GADTB: Güney Azərbaycanın Traxtur klubu sentyabrın 10-da, İranın yüksək liqasının VII turunda “İstiqlal Xuzistan”a 0:1 hesabı ilə məğlub olaraq mövsümdə ilk məğlubiyyətini alıb.

Qarşılaşma Tehrandakı Dəstgərdi stadionunda azarkeşlərin iştirakı olmadan keçirilib. Matçın yeganə qolunu 54-cü dəqiqədə Arif Rüstəmi vurub. Traxturun futbolçusu Şəhriyar Muğanlunun vurduğu iki qol isə ofsayd səbəbindən qeydə alınmayıb.

Traxtur bu məğlubiyyətə baxmayaraq, 16 xalla turnir cədvəlinin liderliyini qoruyub. Tehran “İstiqlal”ı isə 15 xalla ikinci pillədə qərarlaşıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …