GADTB: Molla rejimi çox su tələb edən şəkər çuğundurunun 30%-dən çoxu Qərbi Azərbaycanda istehsal edir. Bu isə Urmiya gölünün qurudulmasında böyük rol oynayır.
Urmiya gölünün qurumasının təsirli səbəblərindən biri də çox su tələb edən belə məhsulların Urmiya gölü ətraı ərazilərdə əklilməsidir.
Qərbi Azərbaycan Kənd Təsərrüfatı Cihad Təşkilatının rəhbəri elan edib ki, İran şəkər çuğunduru istehsalının 30%-dən çoxu Qərbi Azərbaycanın payına düşür.
Xosrov Şahbazi bununla bağlı deyib: Qərbi Azərbaycan ölkənin kənd təsərrüfatı istehsalının mühüm mərkəzlərindən biridir və şəkər çuğundurunun istehsalı və səviyyəsinə görə ölkədə birinci yeri tutmuşdur.
Bundan əvvəl köhnəlmiş şəkər zavodu Xorasandan Soyuq Bolaqa köçürülüb. Baxmayaraq ki, Urmiya gölünün bərpası üçün təklif edilən bütün planlarda sulu bitkilərin yetişdirilməsinin aradan qaldırılması variantlardan biri kimi irəli sürülmüşdü.