GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi ermənilərə hər tərəfli yardım edir. Artıq oktyabrın 3-də İranın Ermənistana göndərdiyi və Qarabağdan köçənlər üçün nəzərdə tutulmuş humanitar yardım Zəngəzura (Qafan) çatıb.
Bu yardıma çadır, adyal, yemək, qızdırıcılar və gigiyena vasitələrinin olduğu 50 tondan çox əsas ehtiyaclar daxildir.
Məlumata görə, humanitar yardımı Qafanda Sünik əyalətinin başçısı Robert Qukasyan və İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani qarşılayıblar.
Həmçinin İranın Ermənistandakı səfiri Mehdi Sübhani Sünik (Zəngəzur) bölgəsinə səfər edərək Qarabağı tərk edən ermənilərlə görüşüb
Səfir İranın humanitar yardımını yerli hakimiyyət orqanlarına təqdim etmək üçün Sünikə (Zəngəzur) bir günlük səfərinin davamında Qafan şəhərində məskunlaşmış bir sıra Qarabağı tərk edən ermənilərlə görüşüb.