Bazar ertəsi , May 25 2026
azfa

Molla rejimi Ermənistanın Araz çayını çirkləndirdiyinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ermənistanın Araz çayını çirkləndirdiyinə etiraf etdi.

İranın Energetika, su və su məsələləri nazirinin müavini Məhəmməd Canapaxt çıxışında Arazın Ermənistan tərəfindən çirkləndirildiyini etiraf edib.

Məhəmməd Canapaxt  deyib: “Biz Ermənistanın mədən sənayesi və mədən tullantı sularının Araza axıdılmasını və bu səbəbdən çayın çirklənməsini gizlətmirik, əksinə, xarici diplomatiya və energetika nazirinin Ermənistana tez-tez səfərləri nəticəsində biz Araz çayında bu çirklənməni azaltmaq və sıfıra endirmək üçün çalışırıq”.

Qeyd edək ki, minlərlə insanın Araz çayının suyundan mədə xərçənginə tutulmasına baxmayaraq molla rejimi Ermənistanın Araz çayını çirkləndirdiyini gizlədirdi.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …