Cümə axşamı , Dekabr 26 2024
azfa

Molla rejimi Ermənistanın ekoloji terroruna etiraz edən azərbaycanlı fəalları dindirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Ermənistanın ekoloji terroruna etiraz edən azərbaycanlı fəalları dindirib.

6 nəfər azərbaycanlı fəal iyulun 7-də Xudafərin körpüsü yaxınlığında Araz çayı qırağında İran sərhədçiləri tərəfindən həbs edilmişdi.

Azərbaycanlı fəallar Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi 28 saat dindirildikdən sonra sərbəst buraxılıblar.

Fəalların yaxınlarının bildirdiyinə görə, azərbaycanlı fəallar Ermənistanın Araz çayını çirkləndirməsi və nəticədə Araz qırağı bölgələdə mədə xərçəngnin yayılmasına etirazlarını bildirmək üçün Araz sahilində aksiya keçirmək niyyətində olublar.

Qeyd edək ki, Ermənistanın Mestamur Atom Elektrik Stansiyası və bir neçə zəhərli mmədən tullantıları Araz çayına axıdılılır. Bu isə Araz kənarında yaşayan və içməli suyu bu çaydan təmin edilən bölgələrin insanlarına mədə xərçəngi və s. xəstəliklərin meydana gəlməsinə və ekologiyanın çirklənməsinə səbəb olur.

Həmçinin yoxlayın

Ərşad Salehi Azərbaycanın Bağdaddakı səfirliyinə baş çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a …

Güney Azərbaycandan qaşqay türklərinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran …