Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi Ermənistanla Şimal-Cənub dəhlizini yaratmağa çalışır

GADTB: “Mashregh News” saytı yazıb ki, İranın müxtəlif regionlar arasında əlaqə yaratmaq üçün geoiqtisadi imkanları xüsusi üstünlük sayılır və ondan yalnız nəqliyyat və infrastruktur diplomatiyasının uğurlu tətbiqi ilə istifadə edilə bilər. Ermənistanın bu sahədəki rolu, Şimal-Cənub tranziti çərçivəsində, Fars körfəzi-Qara dəniz dəhlizinin aktivləşdirilməsi prespektivindən İran və Avropa arasında tranzit üçün vacibdir.

Bildirilib ki, bu sahədə əlaqələrin və infrastrukturun gücləndirilməsi 90-cı illərdən müzakirə olunub, 2016-cı ildə regional təşəbbüs şəklində razılaşdırılsa da, Qarabağ müharibəsinə qədər onun fəaliyyətinə diqqət yetirilməyib. Müharibənin başlaması və İran-Ermənistan tranzit yolunun bağlanması, eyni zamanda Zəngəzur dəhlizinin İran və Ermənistan arasında bütün əlaqələri kəsmək planının təhlükəsiz şəkildə işə salınmasının əhəmiyyətini artırıb.

Saytın məlumatına görə, Ermənistan hökuməti İranla sərhəddə yerləşən Meğridən İrəvana, oradan isə Gürcüstanla sərəhəddə Gümrüyə qədər 556 kilometrlik Şimal-Cənub magistralının tikintisi planına maraq göstərir. Əgər bu yol tikilərsə, İran mallarının Ermənistanda daşınma müddəti 9 saatdan 5 saata, kilomterə görə isə 1,5-2 dollar ucuzlaşacaq.

Qeyd olunub ki, xarici imkanların yaxşılaşdırılması ilə yanaşı, dəhlizdən optimal istifadə üçün Tehran və Təbrizdən Nurduz sərhədinə (Ermənistanla) qədər yol şəbəkəsindəki çatışmazlıqları aradan qaldırmaq və bununla bağlı 52 km-lik Vərziğan-Nurduz avtomobil yolunun tikintisini həyata keçirmək lazımdır./ Azad İran

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …